Bakının 100 və 102 nömrəli məktəblərində əyani təhsil bərpa olunub. Bu haqda 8 fevral tarixində Report məlumat verib.
Binəqədi rayonunda 100 və 102 nömrəli tam orta məktəblər qısamüddətli karantindən çıxıblar və əyani dərsləri bərpa ediblər.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəblər bağlanmış və 7 günlük distant təhsilə keçmişdir.