Masazır qəsəbəsində internetin verilməsində yaranan problem aradan qaldırılıb.
Bu barədə redaksiyamıza sakinlər məlumat verib.
Bildirilib ki, hazırda abunəçilər “KATV” internet xidmətindən istifadə edə bilir.
***
10:37
Masazır qəsəbəsində “KATV” istifadəçiləri internetsiz qalıb.
Bu barədə Bakuplus.az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, səhər saatlarından internet yoxdur. Şikayətçi abunəçilər bildirir ki, məsələ ilə bağlı “127” qaynar xəttinə zəng vurulur, amma cavab verən yoxdur.