Bakının Nizami və Xətai rayonlarının qaz təchizatında 8 sentyabr saat 08:00-dan müvəqqəti fasilə yaranacaq. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Bildirilir ki, magistral qaz kəmərində təmir işləri görüləcək. İşlər aparılan müddətdə Xətai rayonunun böyük hissəsində, Nizami rayonunun isə bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.