top
Bu gün ilk kosmik dövlətin yaradıcısı bakılı İqor Aşurbəylinin doğum günüdür
09 sentyabr 2022, 02:00
- ↺ +

Bu gün ilk kosmik dövlətin yaradıcısı bakılı İqor Aşurbəylinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqor Rauf oğlu Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. O, Azərbaycanın məşhur Aşurbəyli nəslinin davamçısıdır.

1980-ci ildə İqor Bakıdakı 27 nömrəli orta məktəbi qızıl medalla bitirib və indiki ADNSU-ya qəbul olub. 1988-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olub və bir sıra şirkətlər yaradıb. 1989-cu ildə o, SSRİ Rəyasət Heyətinin üzvü seçilib. Bundan əlavə, 1994-cü ildə İqor “Almaz” şirkətinin baş direktorunun müavini, 1998-ci ildə isə ilk sədri, 2000-ci ildə şirkətin icraçı direktoru seçilib.  [Ашурбейли Игорь Рауфович | Совет по внешней и оборонной политике (svop.ru)]

Məhz onun direktor olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketdən müdafiə sistemlərinin istehsalı ilə məşhurdur. “S-300” kompleksləri Rusiyadan başqa, 18 ölkənin, o cümlədən Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin silah ehtiyatında mövcuddur.

İqor Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür, yüzdən artıq elmi əsərin, bir ensiklopediyanın və iki monoqrafiyanın müəllifidir. Onun elmi nailiyyətləri Rusiya Federasiyasında müxtəlif orden, medal və fəxri titullarla mükafatlandırılıb. Aşurbəyli 2009-cu ildə Rusiyada “İlin adamı” mükafatına layiq görülüb. [İmanquliyev B. Kosmik dövlət qurulmasına töhfə verən azərbaycanlı. Azərbaycan.- 2018.- 28 oktyabr.- S.5.]

Alim 2013-cü ildə Vyanada Beynəlxalq Aerokosmik Tədqiqatlar Mərkəzini təsis edib. Bu mərkəzin fəaliyyəti sayəsində Yer planetində ilk kosmik dövlət yaradılıb. 2018-ci ildə o, yaratdığı “Asqardiya” adlanan kosmik dövlətin vətəndaşlığını qəbul edir və başcısı seçilir. [https://ednews.net/az/news/sience/296765-kosmik-dovlet-yaradan-azerbaycanli#.Wzs7wMAWOA0.facebook] 

Asqardiyanın Yerdə heç bir ərazisinin olmamasına baxmayaraq, artıq onun bir milyondan çox vətəndaşı var. Asqardiyanın öz konstitusiyası, bayrağı və himni yaradılıb. Dövlət öz iqtisadiyyatının formalaşması üçün yeni kriptovalyuta - SOLAR-dan istifadə edir. Aşurbəyli bildirir ki, onların planı ölkəni müstəqil etməkdir. Həmçinin bu dövlətin nümayəndələrinin aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin istifadəyə verilməsi və Ayda qəsəbənin salınması planları mövcuddur. [https://asgardia.space/en/]

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər