Nərimanov rayonunda yeniyetmə və gənclər arasında kəndirlə mübarizə idman növü üzrə tədbir keçirilib. Bu haqda 29 avqust tarixində Bakuplus.az Nərimanov Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
28 avqust 2022-ci il tarixində ABAD məhəllədə kütlə arasında kəndirlə mübarizə idman növünün təbliği, idmana marağın artırılması və sağlam həyat tərzinə çağırış məqsədilə yeniyetmələr və gənclər arasında sözügedən idman növü üzrə turnir keçirilib.
Bütün yaş kateqoriyalarından olan 100 nəfərdən artıq iştirakçı müxtəlif qruplara bölünərək kəndirlə mübarizədə öz güclərini sınayıblar. Yarışın sonunda iştirakçılar sertifikatlar ilə təltif olunublar.
Turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kəndirlə Mübarizə İdmanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
[caption id="attachment_66428" align="alignnone" width="800"]
Foto Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəsmi saytı[/caption]