Şahmat üzrə qadın yığmamız Avropa çempionatına yollanıb. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az çempionatın rəsmi saytında istinadən xəbər verir.
Çexiya Respublikasının paytaxtı Praqada qadınlar arasında Avropa çempionatı başlayır. Yarış İsveçrə sistemi ilə baş tutacaq və 31 avqust tarixinə qədər davam edəcək.
Azərbaycanı təmsil edənlərdən Günay Məmmədzadə ilə yanaşı Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Səbinə İbrahimova və Ləman Hacıyeva olacaq.
İsveçrə sisteminə görə şahmat turnirlərində 2-ci mərhələdən sonra komandalar eyni xal yığmış rəqibləri ilə qarşılaşırlar. Beləliklə kifayət qədər xal yığa bilməyən komandalar mübarizəni bitirmiş olur. Bu sistem çoxlu sayda komandalar arasında olan turnirlərdə mərhələlərin sayını azaltmağa kömək edir.