Qarabağın UEFA Avropa Liqasındakı rəqibləri bəlli olub. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Komandamız püşkatma nəticəsində G qrupunda Yunanıstanın “Olimpiakos”, Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları ilə mübarizə aparacaq.
Qarşılaşmaların dəqiq vaxtı yaxın zamanda açıqlanacaq.