Paytaxtın Binəqədi rayounda yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 12 dekabr tarixində məlumat verib.
Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli anbarın dam örtüyü və içərisində yığılan inşaat materialları 50 kv.m sahədə külə dönüb.
Hadisə yerinə FHN yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.