Bakının Binəqədi rayonunda qəza nəticəsində bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 21 yanvar tarixində Report məlumat verib.
Belə ki, 91 nömrəli marşrut avtobusunun sürücüsü idarəetməni itirərək “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Yol qəzası nəticəsində 54 yaşlı Xatirə Əliyeva xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralı xəstəxanaya aparılaraq həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.