Bakıda avtomobil oğurlayan 2 nəfər şəxs saxlanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Binəqədi rayonu ərazisində dekabrın 4-nə keçən gecə paytaxt sakini O.Əliyevə məxsus “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanıb. Onlar Füzuli rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Ö.İsmayıllı və A.Ədilovdur.
Faktla bağlı araşdırma aparılır.