Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil ilə piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bakı şəhər sakini E.Əliyev “Toyota” markalı avtomobil ilə qəsəbə sakini R.İsrafilovu vuraraq hadisə yerindən yayınmışdır. Nəticədə sonuncu xəstəxanaya yerləşdirilib.
Keçirilən axtarış əməliyyatı nəticəsində şübhəli şəxs saxlanılıb. Araşdırmalar davam edir.