Səhər saatlarında Bakıda oğurluq hadisəsi qeydə alınıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Bu haqda 12 yanvar tarixində BakuPlus xəbər verir.
9-cu mikrorayon, Mir Cəlal küçəsində avtomobildən oğurluq ediblər. Açıq qalmış qapıdan istifadə edərək avtomobildən “İphone” markalı telefon, maqnitola və kabelsiz qulaqlıq naməlum şəxs tərəfindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.