Bakıda minik avtomobili yanıb. Bu haqda 7 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Binəqədi rayonunda "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi alışıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.