Xətai və Binəqədi rayonlarında 2 nəfər dəm qazından zəhərlənib.
Report-a istinadən Xətai rayonunda 25 yaşlı Bayram Alcanov yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb.
Report-un məlumatına əsasən daha bir nəfər dəm qazından Binəqədi rayonunda zəhərlənib. Xocəsən qəsəbəsi, “Matadrom” yaşayış massivində yaşayan 17 yaşlı Mədinə Əliyeva xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hər iki hadisənin təfərrüatı araşdırılır.