Bakının iki rayonunda bıçaqlanma faktı qeydə alınıb. Bu haqda bu gün, 9 dekabr tarixində APA məlumat yayıb.
Suraxanı rayonunda 48 yaşlı Şirvan Quliyev magistral şosedəki körpünün üzərində naməlum şəxslə mübahisə edərkən bıçaqlanıb.
Oxşar hadisə Binəqədi rayonu, Asəf Zeynal küçəsində qeydə alınıb. 37 yaşlı Elçin Allahverdiyev tanışı tərəfindən bıçaq xəsarətləri alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.