Bakıda 2 şəxs bıçaqlanıb. Bu haqda 17 dekabr tarixində Report xəbər verib.
Binəqədi rayonunda 30 yaşlı Rauf Seyfullayev dalaşan bir neçə nəfəri ayırmaq istəyərkən bıçaq zərbəsi alıb. Yaralı qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Daha bir bıçaqlanma Nəsimi rayonunda baş verib. 35 yaşlı Ruslan Nəzərli mübahisə zamanı bıçaqlanıb. Yaralı sol bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya qoyulub.
Hər iki faktla bağlı araşdırmalar davam edir.