Binəqədi rayonunda yerləşən 283 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi koronavirusdan vəfat edib.
APA-ya istinadən Arzu Xəlilova həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışıb.
Daha öncə, 20 noyabr tarixində Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdə informatika müəllimi işləyən 57 yaşlı Zahidə Həsənova koronavirusdan dünyasını dəyişmişdir.