Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Report məlumat verib.
Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 29 yaşlı Ümid Ümidli və 37 yaşlı Namiq Kazımov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.