Payraxtın Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yerləşən lombard ofisi qarət edilib. Bu haqda bu gün, 20 avqust tarixində Lent.az məlumat verib.
Lombarda müştəri qismində gələn Pakistan vətəndaşları - 39 yaşlı Hammed Şang oğlu və 58 yaşlı Yusuf Xan Rasul oğlu masanın dolabından 7294 manat pul oğurlayıblar.
Hadisə ilə bağlı lombard işçisi tərəfindən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.