Binəqədi rayonu, Sulutəpə qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Report məlumat verib.
28 yaşlı Əli Paşayev yolu keçmək istəyərkən onu avtomobil vurub. Piyada sol diz oynağının əzilməsi ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.