Binəqədi qəsəbəsində vəzifəli qadını evə salıb zorladılar. Bu haqda 30 noyabr tarixində Oxu.az xəbər verib.
Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisi 49 yaşlı Gülarə Hacıyeva (şərti addır) kommunal xərclərini yığmaq üçün Cəfər Cabbarlı küçəsi ev 36 ünvanında gələrkən orada zorlanıb. Məlum olub ki, evin sahibi 39 yaşlı Şamo Rəsulov qadını zorla evə salıb, daha sonra onu döyüb və gecə saatlarına gədər evdə saxlayıb.
Polisin sayəsində Rəsulov saxlanılıb. Faktla bağlı araşdırma davam edir.