Binəqədi rayonunda yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb. Bu haqda 1 dekabr tarixində Report məlumat verib.
Cavadxan küçəsində hündürmərtəbəli binanın 10-cu mərtəbəsindəki mənzildə yaşayan 13 yaşlı Abdullazadə Z. ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Yaralı müştərək travma, qapalı kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları ilə xəstəxanaya çatdırılıb. Abdullazadənin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.Hal-hazırda yeniyetmədə komatik vəziyyət müşahidə olunur.
Faktla bağlı araşdırma aparılır.