Paytaxtın 2 rayonunda yanğın hadisələri qeydə alınıb. Bu haqda bu gün, 1 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Suraxanı rayonu, Hövsan qəsəbəsində 400 kv.m sahədə təkər tullantıları yanıb. Ətrafdakı yaşıllığa ziyan dəyməyib.
Binəqədi rayonunda isə “VAZ” markalı avtomobiln salonu tamamilə kül olub. Nəqliyyat vasitəsinin digər hissələri yanğından mühafizə olunub.