Paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Dörtdmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 75 kv.m olan mənzilin mətbəxində alışma qeydə alınıb. Nəticədə 3 məişət avadanlığı kül olub.
Evin digər hissələrinə ziyan dəyməyib.
Daha bir yanğın Binəqədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan birmərtəbəli evin 8 kv.m sahədə dam örtüyü və 5 kv.m sahədə tavanı kül olub.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.