Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində, Bakı Musiqi Akademiyasının qarşısında sərnişin avtobusu çuxura düşüb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“BakuBus” MMC-yə məxsus olan 88A saylı marşrut avtobusunun təkəri hərəkətdə olarkən təmir işləri zamanı qazılan dəliyə düşüb. Nəticədə sürücü hərəkəti davam etdirə bilməyib.