Bakının Səbail rayonu, Neftçilər prospektində yerləşən kafelərin birində soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə daxil olan müraciətə əsasən, paytaxt sakini E.Bayramova məxsus, içərisində 1000 manat olan pulqabısı soyğunçuluq yolu ilə talanıb.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.