Bakıda avtoservisdən maşın oğurlanıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Bu haqda APA 14 dekabr tarixində xəbər verib.
Avtomobil rayonun Biləcəri qəsəbəsində yerləşən avtoservislərin birindən oğurlanıb. Bu barədə 13 dekabrda polisə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bakı-Quba yolundakı postda saxlanıb. Əməli törətməkdə şübhəli bilinən sürücü Musa Tağıyevin və sərnişin Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilib.
Onlar tutularaq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil veriliblər.