Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində inzibati binadan oğurluq faktı qeydə alınıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini V.Stepaşkin tikilidən 1644 manat dəyəri olan 2 ədəd dəmir dolab və generator oğurlamaqda şübhəli bilinir. O, həmçinin, qəsəbə ərazisində yerləşən mağazalardan birində 873 manatlıq spirtli içki oğurlayıb.
Faktla bağlı araşdırma davam edir.