Binəqədi rayonunda 42 yaşlı kişi özünə bıçaqla ağır xəsarət yetirib. Bu haqda 4 yanvar tarixində Report məlumat verib.
Xocəsən qəsəbəsində yaşayan Rəşad Məlikov özünə bıçaqla xəsarət yetirərək, intihara cəhd edib. Yaralı boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.