Bakıda yaşlı kişini avtomobil vurub. Bu haqda 21 yanvar tarixində Report məlumat verib.
Binəqədi rayonunda yolu keçən 72 yaşlı Eyyub Şıxəliyevi avtomobil vurub. Yaralı döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.