Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 60 kv.m olan anbar 12 kv.m və yaxınlıqdakı tullantılar 10 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.