Binəqədi rayonunda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Bu haqda 8 dekabr tarixində Report məlumat verib.
Noyabrın 29-da “Azadlıq” stansiyasının yaxınlığındakı evdən naməlum şəxs tərəfindən oğurluq edilmişdir. Həmin şəxs evdən 20 min manat dəyərində olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən qaçmışdır. Polisin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Axtarış zamanı ondan oğurladığı qızl-zinət əşyalarının bir qismi götürülüb.
Onun oğurluq etdiyi an inzibati ərazidə quraşdırılan müşahidə kamerasına düşüb. Faktla bağlı araşdırma davam edir.