Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 16 dekabr tariixndə Daxili İşlər Nazirliyi xəbər verib.
Novxanı yolunda Dekabrın 15-də saat 23 radələrində K.Verdiyevin idarə etdiyi “Opel” və Əbülfət Mövsümovun idarə etdiyi “Audi” markalı avtomobillər toqquşaraq qəza törədiblər. Qəza nəticəsində Ə.Mövsümov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.