Paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
27 yaşlı Firudin Əsədovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili 49 yaşlı Elşən Eyvazovun sürücüsü olduğu “VAZ-2109” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncu və onun sərnişinləri 35 yaşlı Xanəhməd Eyvazov və 50 yaşlı Zaur Həsənov hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanılıb. Təfərrüatlar araşdırılır.