Paytaxtın Binəqədi rayonunda narkotik alverinə qarşı növbəti əməliyyat keçirilib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.
Əməliyyat zamanı 11 nəfər narkotacir tutulub. Onlardan külli miqdarda narkotik maddə aşkarlanıb.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.