Paytaxtın Binəqədi rayonu Hökməli qəsəbəsində sərnişin avtobus sürücüsünü döyüb. Bu haqda bu gün, 27 noyabr tarixində APA məlumat yayıb.
Hadisə 114 saylı marşrut xətti üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda qeydə alınıb.
Hökməli dairəsi yaxınlığında naməlum şəxs avtobus sürücüsündən dayanacaqdan qıraqda saxlamağı tələb edib. Bununla razı olmayan sürücü bir qədər öndə yerləşən dayanacağa hərəkət edərək saxlayıb.
Daha sonra avtobusa daxil olan sərnişin sürücünü döyüb, başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusun ön şüşəsi qırılıb.
Xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.