Bakıda oğru tutulub. Bu haqda 13 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda V.Məmmədovun mobil telefonu, V.Əsgərovun velosipedi və iki avtomobildən akkumulyatorlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.