Paytaxtın Binəqədi rayonunda transformator yanıb. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan tikilinin içərisindəki transformatorun 4 ədəd qoruyucu açarı alışıb. Qurğunun digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.