Paytaxtın Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 45 kv.m olan ikinci mərtəbənin 10 kv.m sahəsi, eləcə də tavan 20 kv.m və dam örtüyü 2 kv.m sahədə yanıb.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Bundan əvvəl, 28 oktyabr tarixində paytaxtın Səbail rayonunda beşmərtəbəli binada yanğın qeydə alınmışdır.