Paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 74 kv.m olan mənzil 12 kv.m sahədə yanıb. İçəridə yerləşən mətbəx mebeli və paltaryuyan maşına ziyan dəyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.