Paytaxtın Binəqədi rayonunda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil 14 yaşlı Nəzrin Şükürlünü vurub. Qeyd olunur ki, qız özünü hərəkətdə olan avtomobilin qarşısına atıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.