Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 80 kv.m olan yarımstansiyada yerləşən 4 elektrik açarı yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.