Bakıda bank kartından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 yanvar tarixində Bakuplus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ə.Vəliyevin bank kartından 800 manat pulunu mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Ağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.