Bakıda yeniyetmə oğlan itkin düşüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 19 avqust tarixində xəbər verir.
Avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində paytaxt sakini, 16 yaşlı Elşad Hüseynov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.