Bu gün, 7 dekabr tarixində Bakıda piyadaların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Saat 04:00 radələrində Nərimanov rayonunda 63 yaşlı Xıdır Məmmədov yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Piyada sağ bud-çanaq oynağının əzilməsi ilə xəstəxanaya çatdırılıb.
Saat 06:00 radələrində Binəqədidə avtomobil 8 yaşlı Telman Məmişovu vurub. Uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırmalar aparılır.