Bakının Yasamal rayonunda avqustun 20-də “Range Rover” markalı avtomobili qaçıran şəxs tutulub. Bu haqda bu gün, 22 avqust tarixində Unikal.org məlumat verib.
Avtomobilin sahibi olan qadın Yasamal RPİ 28-ci polis bölməsinə müraciət edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən E.Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.