Paytaxtın ərazisində bu gün, 14 yanvar səhər saatlarında iki yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 270 kv.m olan qapı-pəncərə sexində yanar konstruksiyaları və plastikdən ibarət profillər yanıb.
Daha bir alışma Sabunçu rayonunda baş verib. Ümumi sahəsi 45 kv.m olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları yanıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Yanğınlarda xəsarət alan olmayıb.