Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 120 kv.m olan obyektdə qeydə alınıb. Tikilinin xarici divarına quraşdırılan kondisionerin mühərriki, yaxınlıqda generator və plastikdən ibarət su çəni yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Obyekt yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.