Paytaxtın Suraxanı rayonunda qayınatasını qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qəbul olunan qərara əsasən, qətli törətməkdə təqsirləndirilən Taleh Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
18 may 2021-ci il tarixində 35 yaşlı Taleh Heydərov aralarında yaranmış mübahisə zamanı qayınatası, 44 yaşlı Qabil Qənbərovu bıçaqlayaraq öldürmüş və hadisə yerindən qaçmışdır.