Paytaxtın Xətai rayonunda meyit aşkarlanıb. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bir nəfərin bağlı qapı arxasında qalması barədə daxil olan məlumat əsasında FHN-in əməkdaşları rayon ərazisində yerləşən mənzillərdən birinin qapısını qırıblar və içəridə aşkarlanan meyiti aidiyyəti üzrə təhvil veriblər.
Mərhumun kimliyi araşdırılır.